Yanvarın 26-da Azad Fikir Universitetinin qonağı iqtisadçı Qubad İbadoğlu idi. O, tələbələrə Azərbaycanın 2010-cu il üçün büdcəsi haqqında danışdı.
İlk öncə Qubad İbadoğlu büdcənin tərkibi, rəqəmləri və quruluşu ilə tələbələri tanış etdi və keçən illərin büdcələri ilə maraqlı müqayisələr apardı. Daha sonra o, müxtəlif istiqamətlər üzrə dövlət xərcləmələrini geniş təhlil etdi.
Qubad İbadoğlu Azərbaycan büdcəsinin neftdən asılılığı, Dövlət Neft Fondu ilə qarşılıqlı əlaqələri haqqında danışdı və büdcədə müşahidə olunan mənfi və müsbət tendensiyalara toxundu.