Yanvarın 12-də Azad Fikir Universiteti Yeni il tətilindən qayıdaraq özünün ilk tədbirini keçirdi. Bu dəfə tələbələr Azərbaycan gəncliyi və Avropa mövzusunda interaktiv mühazirədə iştirak etdilər. Tədbirin qonaqları Azərbaycan Avrointeqrasiya üzrə Milli İctimai Komitəsinin (AAMİK) üzvləri - tanınmış politoloq Eldar Namazov, Açıq Cəmiyyət İnstitutunun Azərbaycandakı rəhbəri Fərda Əsədov, eləcə də gənc ekspertlər Rəşad Şirin, Ülvi İsmayıl və İlqar Həsənli idi.
Avropa Birliyi keçən ilin əvvəllərində yeni Şərq Tərəfdaşlığı proqramını qəbul edərək Belorus, Moldova, Ukrayna ilə yanaşı Gürcüstan, Ermənistan və Azərbaycanı da özünün yeni “qonşuluq siyasətinin” tərkibi elan etmişdir - bəs Avropa Birliyinin bizim ölkələrə xüsisi münasibətinin səbəbləri hansılardır?
Azərbaycan gəncliyi üçün Avropa Birliyi nədir və ondan nə gözləyir? Avropa Azərbaycan gəncləri üçün “milli mənəvi dəyərlərə” qarşı duran təhlükədir yoxsa yeni imkanlar pəncərəsi?
Tələbələrin görüşünə gələn AAMİK-in nümayəndələri onlarla bu və digər maraqlı suallar ətrafında Azad Fikir Universitetində maraqlı müzakirələr apardılar.