Joomla ServiceBest Web HostingWeb Hosting


Adınız:

E-poçt:

Ana səhifə > Mühazirələr > Kitab nə qədər aktualdır?
header.jpg

Sorğu

Saytımızı bəyənirsinizmi?
 

Kitab nə qədər aktualdır?

Yanvarın 14-də Azad Fikir Universitetində dövrümüzdə kitab oxumağın nə qədər aktual olması müzakirə olundu. Həmin gün Azad Fikir Universitetinin qonaqları tanınmış yazıçılar Əli Əkbər və Seymur Baycan, eləcə də Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli idi.

Həm də Əli və Nino mağazalar şəbəkəsinin sahibi olan Nigar Köçərli hal-hazırda Azərbaycan kitab ticarətində olan vəziyyətdən, əhalinin hansı kitablara və əsərlərə üstünlük verməsindən söhbət açdı. Daha sonra isə o, cəmiyyətdə kitaba olan marağı artırmağa yönəlmiş Milli Kitab mükafatı haqqında tələbələrə ətraflı məlumat verdi.

Öz çıxışlarını Milli Kitab Mükafatı haqqında tənqidlər ilə başlayan həm Əli Əkbər, həm də Seymur Baycan Azərbaycanda kitaba olan laqeydliyin səbəbləri haqqında danışdılar, hazırki böhranı aradan qaldırmağın yollarını, eləcə də müasir yazıçı və oxucuların üzləşdikləri problemləri tələbələrlə müzakirə etdilər.

Dinlə:
 

Tags: kitab oxumaq

rssfeed Subscribe to our RSS feed.
Forumda müzakirə et və ya paylaş:
Email Drucken Twitter Facebook Myspace Stumbleupon Digg blogger google Yahoo
 

Elanlar

Növbəti mühazirələr: