Dekabrın 15-də tanınmış hüquqşünas Erkin Qədirli Azad Fikir Universitetinin qonağı idi. O, tələbələrlə hüquq, tarix və ədəbiyyat haqqında fikirlərini bölüşdü.
Erkin Qədirli müasir hüququn meydana gəlməsi, onun yaranmasını şərtləndirən tarixi proseslər barədə tələbələri məlumatlandırdıqdan sonra bu işdə ədəbiyyatın rolundan da danışdı.
Eyni zamanda o, hüquq və ədəbiyyat arasında digər bir mühim bağlılıqdan söhbət açdı – sabit hüquqi praktikanın mövcud olmadığı yerdə yaxşı ədəbiyyat da yaranmır.