Dekabrın 10-da Azad Fikir Universitetinin qonağı tanınmış fəlsəfəşünas Ağalar Məmmədov idi. O, tələbələrə dilin fəlsəfəsindən danışdı.
Ağalar Məmmədov artıq bir dəfə Azad Fikir Universitetinin tələbələri qarşısında post-modernizm fəlsəfəsi haqqında mühazirə oxuyub. İndi isə o, dinləyiciləri dil və dilçilik haqqında müasir nəzəriyyələr ilə tanış etdi.
Dil birincidir yoxsa sosial reallıq? Hansı hansını təyin edir? Bir dildə danışanın sosial reallığında, düşüncə və həyat tərzində digər dildə danışanın sosial reallığı, düşüncə və həyat tərzindən nə fərqlər olur? Bizim danışan zaman buraxdığımız səhvlər və ya dilimizdə tarixən səhv oturuşmuş konstruksiyalar nədən xəbər verir?
Öz maraqlı mühazirəsi boyu Ağalar Məmmədov tələbələrə bu və digər suallara cavab tapmaqda yardımçı oldu.