Joomla ServiceBest Web HostingWeb Hosting
 

News

Vebsəhifəmiz MilliNet 2011-in qalibi oldu

Azad Fikir Universitetinin İnternet səhifəsi MilliNet 2011 – Azərbaycanın mötəbər milli İnternet mükafatın “Elm və Təhsil” nominasiyasında qalibi olub. Qaliblərin adı 23 dekabr tarixdə Ambassodor otelində keçirilən təqdimat mərasimində açıqlanıb.

Read more...

 

“Fikir Sexi” kitabı təqdim olundu

Noyabrın 5-i Azad Fikir Universitetində “Fikir Sexi” kitabının təqdimatı keçirilib. Bu kitabda dünyanın ən məşhur şəxslərinin 70-ə yaxın müsahibəsi toplanıb.

Read more...

 

“Gücsüzlərin gücü” Azərbaycan dilində

İyunun 18-də Azad Fikir Universitetində Vatslav Havelin “Gücsüzlərin gücü” əsərinin Azərbaycan dilində nəşrinin təqdimat mərasimi keçirildi.

Read more...

 

Əli Əkbərin "93 - Tanrıların qürubu" kitabının təqdimatı

Mayın 30-u Azad Fikir Universitetinin ofisində tanınmış yazıçı Əli Əkbərin yeni redaktədə nəşr edilən "93 - Tanrıların qürubu" kitabının təqdimatı oldu. Sizlərə Azadlıq Radiosunun kitab təqdimatından hazırladığı videonu təqdim edirik.

Read more...

 

AFU-nun yeni təqdimat videosu

Azad Fikir Universitetinin kollektivi layihəmizin dinləyicilərinin və bəzi spikerlərin iştirakı ilə yeni təqdimat videosu hazırlayıb. Videoda gənclərin Azad Fikir Universiteti haqqında fikirləri və təklifləri öz əksini tapıb.

Read more...

 

IREX yeni təhsil layihəsini təqdim etdi

Aprelin 5-də Azad Fikir Universitetində İREX təşkilatının yeni proqramının təqdimatı keçirildi. IREX təşkilatının Bakı nümayəndəsi Sara Hennesi və IREX-in işçisi Fidan Hüseynova ABŞ təsisatlarının tədrisi proqramı haqqında danışdı.

Read more...

 

ABŞ səfiri Metyu Brayza AFU-nun qonağı oldu

Martın 19-u Azad Fikir Universitetinin xüsusi qonağı ABŞ-ın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Metyu Brayza idi. Cənab səfir Azərbaycan və ABŞ əlaqələri və Azərbaycanın inkişaf modelində insan hüquqlarının qorunmasının vacibliyi haqqında danışdı.

Read more...

 

Yeni Media kursuna ərizələrin toplanması başladı

Azad Fikir Universiteti fəal gəncləri və tələbələri 22-25 mart tarixlərində keçiriləcək Yeni Media təlim kursuna dəvət edir. Təlim kursu ərzində iştirakçılar yeni və sosial media, eləcə də digər İnternet alətləri ilə daha yaxından tanışlıq, onlardan səmərəli istifadə haqqına ətraflı məlumat alacaqlar.

Read more...

 

AFU qış düşərgəsi keçirdi

Azad Fikir Universiteti 15-16 yanvar tarixində Qəbələdə qış düşərgəsi təşkil edib. Düşərgədə gənclərin sosial fəallığını necə artırmaq məsələləri müzakirə olunub.

Read more...

 

AFU Internet Azadlığı üzrə Mükafata layiq görülüb

27 noyabr 2010-cu il tarixində ABŞ-ın ATƏT-dəki Missiyası Azad Fikir Universitetini İnternetdə İfadə Azadlığı üzrə ABŞ/ATƏT Mükafatına layiq görüb.

Read more...

 

Facebook-da fəaliyyət