Joomla ServiceBest Web HostingWeb Hosting
 

Ziyalılar və gənclik

Azad Fikir Universiteti 20 dekabr tarixində Ziyalılar Forumunun həmtəsisçiləri Akademik Rafiq Əliyev və siyasi təhlilçi Eldar Namazovun iştirakı ilə "Ziyalılar və gənclik" mövzusunda interaktiv müzakirə keçirdi.

Müzairə zamanı, Rafiq müəllim və Eldar bəy çağdaş cəmiyyətimizin durumunu, ziyalılara qarşı olan təzyiqləri və ölkədə cərəyan edəcək müsbət dəyişikliklərdə gənclərin rolu barəsində söhbət açdılar.

Mühazirənin podkastı:

Bu mühazirə haqqında fikirləriniz bizə çox maraqlıdır və AFU mühazirələrinin keyfiyyətinin artırılmasına yardım olacaq.
Sorğu sizin cəmi 30 saniyə vaxtınızı alacaq. Təşəkkür edirik.

SORĞUDA İŞTİRAK ETMƏK ÜÇÜN BURA DAXİL OLUN

 

Spiker haqqında

Rafiq Əliyev 1942-ci ildə dünyaya gəlib. 1958-1963-cü ildə Azərbaycan Neft və Kimya institutunu fərqlənmə diplomu ilə bitirib. 1964-1967-ci ildə Moskva şəhəri, SSRİ Elmlər Akademiyası İdarəetmə Problemləri institutunda oxuyub, Aspirant olub. 1967-ci ildə Texnika elmləri namizədi, 1975-ci il isə Texnika elmləri doktoru adına layiq görülüb. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Dövlət Neft Akademiyası Avtomatlaşdırılmış idarəetmə sistemləri kafedrasının sabiq müdiri, MBA proqram direktoru, ADNA, Corciya Dövlət Universiteti, Atlanta, ABŞ, BBA Proqram direktoru, "Zadə irsi və süni intellekt" Assosiasiyasının prezidentidir.

Tədbirdən fotolar


Facebook-da fəaliyyət