Spiker haqqında
Roland Kobia hazırda Avropa İttifaqının Azərbaycandakı Səfiridir. Aİ-nın Azərbaycandakı Nümayəndəliyinə rəhbərlik etməzdən əvvəl o, Enerji məsələləri üzrə Aİ Komissarı Andris Pyebalqsın Diplomatik məsələlər üzrə Müşaviri olmuşdur. Energetika, enerji təhlükəsizliyi, OPEC məsələləri, ticarət, təchizatçı və tranzit ölkələrlə münasibətlər kimi sahələrdə beynəlxalq əlaqələr üçün cavabdeh olmuşdur. O, əsasən də Cənub Dəhlizi ətrafında gedən danışıqlarla məşğul olmuşdur. Əvvəllər Özəl idarədə Nüvə məsələləri üçün məsul şəxs olmuşdur. Roland Kobia müxtəlif idarələrdə çalışmaqla (Xarici əlaqələr, Rəqabət, Daxili Bazar və Maliyyə Xidmətləri, İnkişaf) 20 ildir ki, Aİ Komissiyasında işləyir. O, Konqo Demokratik Respublikasında Nümayəndəliyin Rəhbər Müavini və Keniyada Regional Siyasi Bölmə Rəhbəri vəzifələrində çalışmış, Afrika Buynuzu və Afrikanın Böyük Gölləri regionunda 12 ölkədə siyasi məsələlərlə məşğul olmuşdur. Elm sahəsində Montpellier (Fransa) Universitetində mühazirəçi professordur, müxtəlif xarici universitetlərdə, institut və beynəlxalq konfranslarda müntəzəm olaraq mühazirələr söyləyir. C-b Kobia Avropa İnzibatçılığı üzrə Magistr Dərəcəsi (Avropa Kolleci, Bruqes, Belçika), Beynəlxalq Nüvə Hüququ sahəsində Magistr Dərəcəsi (Montpellier, Fransa) və Hüquq elmlərində dərəcəsi (LL.B, Louvain-la-Neuve, Belçika) almışdır. Enerji, rəqabət hüququ və siyasəti, sənaye əmlakı, korporativ hüquq və inkişaf sahəsində əməkdaşlıq kimi sahələrdə məqalələri vardır. Fransız, ingilis, italyan, Holland dillərində danışır, rus və azərbaycan dillərini öyrənir.
|