Joomla ServiceBest Web HostingWeb Hosting
 

2012-ci il dövlət büdcəsi

Tanınmış iqtisadçı-ekspert, İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu 13 dekabr tarixində Azad Fikir Universitetinin auditoriyası qarşısında 2012-ci il Azərbaycan büdcəsi haqqında təqdimat etdi.

Təqdimat zamanı Qubad bəy büdcənin formalaşması, xərclərin bölüşdürülməsi, büdcə xərclərinin nisbətinin düzgün qurulmaması və digər Avropa ölklərinin büdcə formalaşması ilə Azərbaycan büdcəsinin oxşar və fərqli cəhətlərini haqqında danışdı.

Mühazirənin podkastı:

Bu mühazirə haqqında fikirləriniz bizə çox maraqlıdır və AFU mühazirələrinin keyfiyyətinin artırılmasına yardım olacaq.
Sorğu sizin cəmi 30 saniyə vaxtınızı alacaq. Təşəkkür edirik.

SORĞUDA İŞTİRAK ETMƏK ÜÇÜN BURA DAXİL OLUN


Qubad İbadoğlunun AFU-da oxuduğu digər mühazirələri dinləmək üçün aşağıdakı linklərə klik edin:

 

Spiker haqqında

Qubad İbadoğlu Bayramov 1971-ci ildə anadan olub. 1987-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna qəbul olunub və 1992-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini və 1996-cı ildə aspiranturasını bitirib. 1999-2000-ci illərdə Varşavada Ali İqtisad Məktəbində, 2004-2005-ci illərdə Budapeştdə Mərkəzi Avropa Universitetində tədqiqatlar aparıb. 2008-2009-cü tədris ilində ABŞ-ın Kanzas və Şimali Karolina Universitetlərində ixtisasartırma kursları keçib və elmi tədqiqatla məşğul olub. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadi təhlil" kafedrasında dosent vəzifəsində çalışır. 53 adda və 175 çap vərəqi həcmində elmi əsərin, 20-dək kitabın, monoqrafiyanın və dərs vəsaitinin müəllifidir. 15-dək kitabı və elmi əsərləri dünyanın 10-dan çox ölkəsində çap olunub. 2008-ci ildə Ödədiyini Açıqla Beynəlxalq Koalisiyasının Strateji Məsləhət Qrupuna, 2009-cu ildə isə Qara Dəniz QHT Forumunun İdarə Heyətinə üzv seçilib.

Tədbirdən fotolar


Facebook-da fəaliyyət