Joomla ServiceBest Web HostingWeb Hosting
 

Azərbaycanda fərdi hüquq və azadlıqlar

Azad Fikir Universiteti 6 dekabr tarixində siyasi təhlilçi, Şərq-Qərb araşdırmalar mərkəzinin rəhbəri Ərəstun Oruclunun təqdimatında "Azərbaycanda fərdi hüquq və azadlıqlar" mövzusunda interaktiv mühazirə təşkil etdi.

Uşaq dünyaya gələndə o artıq öz hüquqlarını tələb edir. “Siz mənim əllərimi və mənim ayaqlarımı niyə bağlayırsız? Bütün bu hisslər insanın genomunda yer tutmuş təbii hüquqlardır.

İnsanın ən çox sevdiyi söz Azadlıqdır. Hüquq ikinci sözdür. Hüquq azadlığın təminatçısıdır.

Azərbaycanda çağdaş mentalitet, cəmiyyət qanunları və ailə təpkisi insanların azadlığının sıxılmasına yönəlib.

Mühazirənin podkastı:

Bu mühazirə haqqında fikirləriniz bizə çox maraqlıdır və AFU mühazirələrinin keyfiyyətinin artırılmasına yardım olacaq.
Sorğu sizin cəmi 30 saniyə vaxtınızı alacaq. Təşəkkür edirik.

SORĞUDA İŞTİRAK ETMƏK ÜÇÜN BURA DAXİL OLUN

 

Spiker haqqında

Ərəstun Oruclu, siyasi analitik. Gəncə şəhərində anadan olub. 1990-cı ildə Akademik Pavlov adına Sankt Peterburq Tibb Universitetini bitirib. 1987-ci ildən ictimai-siyasi fəaliyyətdədir. Sankt Peterburqda azərbaycanlı tələbələr təşkilatının yaradıcılarından biri, sonralar AXCP Ali Məclisinin üzvü olub. 1992-93-cü illərdə Azərbaycan Respublikası MTN-nin əməkdaşı olub. 1996-2011 illərdə Almaniyanın Azadllıq Naminə Fridrix Naumann Fondunun Azərbaycan üzrə nümayəndəsi, "Şərq-Qərb Araşdırmalar Mərkəzinin" yaradıcılarından biri və 2004-cü ildən bu mərkəzin rəhbəridir. ABŞ, Almaniya, Avstriya, İsveçrə, Rusiya, Türkiyə və digər ölkələrdə dərc olunmuş onlarla analitik məqalələrin müəllifidir.

Tədbirdən fotolar


Facebook-da fəaliyyət