Joomla ServiceBest Web HostingWeb Hosting
 

Cinsi tərbiyə və reproduktiv sağlamlıq

Azad Fikir Universiteti 17 noyabr tarixində "Cinsi tərbiyə və reproduktiv sağlamlıq" mövzusunda interaktiv mühazirə təşkil etdi. AFU-nun tələbələri üçün mövzunu gender mütəxəssisi, hüquqşünas Xalisə Şahverdi təqdim etdi.

Cinsi tərbiyə anlayışı 20-ci əsrin ortalarından formalaşmağa başlayıb. Ondan əvvəl geniş kütlələr tərəfindən bu ayıb mövzu kimi qəbul olunurdu.

ABŞ və İngilitərədə cinsi tərbiyyə artıq məcburi şəkildə məktəb proqramına daxil olunub. 9-14 yaşı arasında hər bir şagirdin artıq seks və cinsi həyat haqqında dolğun məlumata malikdir.

Cinsi tərbiyyə insanların fiziki və psixoloji sağlamlığı və gələcək nəslin dünyaya problemsiz gəlməsi üçün vacibdir.

Bir çox dinlər cinsi həyata gələndə yalnız hetero seksuallığı təbliğ edir (o da yalnız ailə çərçivəsində).

Mühazirənin podkastı:

Bu mühazirə haqqında fikirləriniz bizə çox maraqlıdır və AFU mühazirələrinin keyfiyyətinin artırılmasına yardım olacaq.
Sorğu sizin cəmi 30 saniyə vaxtınızı alacaq. Təşəkkür edirik.

SORĞUDA İŞTİRAK ETMƏK ÜÇÜN BURA DAXİL OLUN

 

Spiker haqqında

Xalisə Şahverdi. 1998-2002-ci ildə Bakı Asiya Universitetinin Hüquq fakültəsində təhsil alıb. 2008-ci ildə “Ailədaxili Zorakılıq” üzrə ABŞ-da təhsil alıb, təcrübə keçib. 2005 - 2010- cu illərdə insan hüquqlarının müdafiəsi sahəsində müxtəlif təşkilatlarda Hüquqşünas/ layihə direktoru vəzifələrində çalışıb. Həmçinin bir çox yerli və beynəlxalq təşkilatların proqramlarında ailədaxili zorakılıq, insan alveri, gender, cinsi azadlıq, repuroduktiv sağlamlıq və s. mövzular üzrə Ekspert/Təlimçi kimi fəaliyyət göstərib. Hazırda Professional Training and Consulting LLC -nin Direktorudu və Azərbaycan Universitetinin sosial iş fakültəsində dərs deyir. Milli qanunvericiliyin təkmilləşdirilməsi üzrə “Məişət zorakılığın qarşını alınması” haqqında qanun və insan alveri ilə mübarizə sahəsində Cinayət Məcəlləsinin və digər qanunların təkminləşdirilməsi üçün tövsiyyələr hazırlayıb. Azərbaycan Hüquqşünaslar Formunun Sədrlər Şurasının üzvü, Avropa Komissiyası Seksual Oriyentasiya Hüququ (ECSOL) Şəbəkəsinin Azərbaycan üzrə ekspertidi.

Tədbirdən fotolar


Facebook-da fəaliyyət