Azərbaycanda sahibkarlıq mühitiAzad Fikir Universiteti noyabr ayının 8-i "Azərbaycanda sahibkarlıq mühiti - imkanlar və çətinliklər" mövzusunda mühazirə təşkil etdi. Mühazirədə spiker qismində iqtisadçı ekspert Nazim Məmmədov çıxış edirdi. • Azərbaycanda sahibkarlıqla bağlı qəbul olunmuş ilk qanun, Xarici İnvestisiyaların qorunmasl barəsindən Azərbaycan Respublikasının qanunu oldu (Yanvar, 1992). • Azərbaycanda sahibkarlığın əsasında Sovet vaxtından qalmış zavod və fabriklərin özəlləşməsi ilə bağlı oldu. Hər hansı bir dövlət müəssisəsində 50 nəfərdən çox insan işləyirdisə, bu qurum səhmdar cəmiyyətinə çevrilməli idi. Səhmlərin 15% işçilər arasında (onların özəlləşdirmə çeklərinə uğun) bölüşdürülürdü, 55% çek xərracında satılırdı, 30% pullu xərraclarda satılırdı. Nəticə etibarı ilə özəlləşdirmədə bütün yaradılmış səhmlərin 90% həmin zavodların keçmiş rəhbərlərin əlinə keçdi. Bu insanlar planlı iqtisadiyyatdan korprorativ mədəniyyətə keçid olmalı idi. Bu isə baş vermədi. • Dövlət əmlak komitəsi səhmləri satanda xarici investor cəlb edə bilmədi. Belə ki, müəssisələrin balansı olduqca bərbad vəziyyətdə idi. Hər satış dövründə səhmlərin qiymətləri iki dəfə aşağı salınırdı. Nəticədə isə çox uzuc qiymətə həmin direktorlar tərəfindən alındı. Nəticə etibarı ilə bu insanların vergi şəkilində dövlətə gətirən gəlir çox cüzidir. Mühazirənin podkastı:
Bu mühazirə haqqında fikirləriniz bizə çox maraqlıdır və AFU mühazirələrinin keyfiyyətinin artırılmasına yardım olacaq. |
Popular lectures
Facebook-da fəaliyyət |