Joomla ServiceBest Web HostingWeb Hosting
 

Müstəqilliyimiz tarixçinin gözü ilə

Azad Fikir Universiteti Azərbaycanın müstəqillik günü bizim istiqlal tariximizə aid interaktiv mühazirə təşkil etdi. Tədbirdə görkəmli tarixçi Altay Göyüşov auditoriya qarşısında müstəqilliyimizə dair öz baxış açısını təqdim etdi.

Altay müəllim bu mühazirəni 20-ci əsrin əvvələrinə yaradılan Azərbaycan Demokratik Respublikası və 90-cı illərdə qazanılan müstəqillik arasında paralellər üzərində qurdu. Eyni zamanda o, birinci respublikanın yaradılışına qədər həmin dövrün ziyalılarının xüsusiyyətlərini və o zamankı mühiti sovetdən yenicə ayrılmış Azərbaycan Respublikasındakı vəziyyətdəki fərqlər haqqında öz mövqeyini gənclərlər bölüşdü.

Mühazirənin podkastı:

Bu mühazirə haqqında fikirləriniz bizə çox maraqlıdır və AFU mühazirələrinin keyfiyyətinin artırılmasına yardım olacaq.
Sorğu sizin cəmi 30 saniyə vaxtınızı alacaq. Təşəkkür edirik.

SORĞUDA İŞTİRAK ETMƏK ÜÇÜN BURA DAXİL OLUN

 

Spiker haqqında

Altay Göyüşov. Bakı Dövlət Universitetinin Türk və Qafqaz xalqları tarixi kafedrasının müəllimidr. 2008-2011-ci illərdə ABŞ-ın Los Angeles şəhərindəki Kaliforniya Universitetinin (UCLA) qonaq professoru olmuşdur. Ondan əvvəl ABŞ-ın Georgetown Universitetində bir il müddətində Fulbright proqramı ilə tədqiqatlar aparmşdır. Həmçinin Fransanın Humanitar Elmlər Evinin (MSH) təqaüdü ilə bir neçə aylıq Parisə Sosial Elmlər Məktəbinə (EHESS) dəvət edilmişdir. Fransa Anadolu Araşdırmalar Mərkəzində araşdırmaçı kimi çalışmışdır. Almaniyanıln Boxum Universitetinin 3 illik müştərək tədqiqat layihəsinin koordinatoru və aparıcı tədqiqatçılarından olmuşdur. ABŞ-ın Princeton, Georgetown, UCLA universitetlərində, Fransanın Sosial Elmlər Məktəbində (EHESS), Almaniyanın Boxum və Freie Universitetlərində, Türkiyənin Qalatarasaray Universitetində açıq mühzirələr oxumuşdur. Məqalələri ABŞ, Britaniya, Almaniya və Fransada məşhur nəşriyyat evlərində işıq üzü görən elmi toplularda çap edilmişdir. İki monoqrafiyanın müəllifidir. Fransa Milli Elmi Tədqiqatlar Mərkəzi (CNRS) və Fransa Xarici İşlər Nazirliyi tərəfindən İkiildən bir nəşr olunan ”Mərkəzi Avrasiya Xrestomatiyası” adlanan Tənqidi Biblioqrafiya və Epistomologiya Jurnalının Redaksiya Komitəsinin Üzvüdür.

Tədbirdən fotolar


Facebook-da fəaliyyət