Joomla ServiceBest Web HostingWeb Hosting
 

Sovet təhsili - reallıqlar və miflər

Oktyabrın 13-ü Azad Fikir Universitetində tanınmış bəstəkar Elmir Mirzəyevin təqdimatında “Sovet təhsili - reallıqlar və miflər” mövzusunda mühazirə təşkil edildi. Tədbirdə SSRİ zamanına təsadüf edən təhsil islahatlardan və onların cəmiyyətə təsirindən söz açıldı.

• SSRİ-nin ilk illərində həyata keçirilən islahatlar çox mütərəqqi idi və bu islahatlar bütün dünyada zəlzələ effekti verdi. Ən başlıca islahat bəşər tarixində ilk dəfə böyük xalq kütlələrinin təhsilinə imkan yaradıldı.

• SSRİ ideoloji bir dövlət kimi qurulmuşdu və həmin zaman təhsil də daxil olmaqla bütün sahələr tam olaraq ideologiyaya söykənirdi.

• Sovet İttifaqında olan qadağalar mütəxəssislərin dünyadan təcridinə gətirib çıxartdı. Bunun nəticəsində bizim həmin zaman dünyada olan meyllərdən xəbərimiz yox idi.

Mühazirənin podkastı:

Bu mühazirə haqqında fikirləriniz bizə çox maraqlıdır və AFU mühazirələrinin keyfiyyətinin artırılmasına yardım olacaq.
Sorğu sizin cəmi 30 saniyə vaxtınızı alacaq. Təşəkkür edirik.

SORĞUDA İŞTİRAK ETMƏK ÜÇÜN BURA DAXİL OLUN


  Elmir Mirzəyevin AFU-da keçən mövsüm oxuduğu mühazirəyə baxmaq üçün aşağıdakı linkə klik edin: 

 

Spiker haqqında

Elmir Mirzəyev. Bəstəkar, musiqişünas, publisist, 1970-ci ildə Bakıda anadan olub, Bakı Musiqi Akademiyasını bitirib. SoNoR Müasir Musiqi Ansamblının (1995) və SoNoR Müasir Musiqi Təşəbbüsləri Mərkəzinin (1998) yaradıcısı olub. Azərbaycanda və xaricdə bir çox musiqi layihələrinin təşkilatçısı və iştirakçısı olub. Kultura.az mədəniyyət və incəsənət portalının şef-redaktorudur.

Tədbirdən fotolar


Facebook-da fəaliyyət