ABŞ səfiri Metyu Brayza AFU-nun qonağı olduMartın 19-u Azad Fikir Universitetinin xüsusi qonağı ABŞ-ın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Metyu Brayza idi. Cənab səfir Azərbaycan və ABŞ əlaqələri və Azərbaycanın inkişaf modelində insan hüquqlarının qorunmasının vacibliyi haqqında danışdı. • Azad Fikir Universiteti kimi azad müzakirə platformalarının mövcud olması çox vacibdir və belə qurumlar Azərbaycanda demokratiyaya ümid verir. Çünki müzakirələr açıq şəkildə baş verməsə, onlar qapalı məkanlarda davam edəcək və qapalı məkanlarda konstruktiv düşünən insanlar öz fikirlərini bölüşə bilməyəcək və onların dəlilləri eşidilməyəcək. • Misirin keçmiş prezidenti Hüsni Mübarək dünya ictimaiyyəti qarşısında iki dənə xoşagəlməz seçim qoymuşdu: ya onun güclü avtoritar hakimiyyəti ya da ki, fundamental islam ekstremizmi. Bu iki ssenari Azərbaycan üçün uyğun olmayan və istənilməzdir. Biz ümid edirik ki, Azərbaycan üçüncü yolu, qızıl ortamı, seçəcək, bu da liberal-demokratiyadır. Bizə demokratik və stabil Azərbaycan lazımdır. • Azərbaycanın inkişafında bir neçə əsas məqam rol oynaya bilər. Bunlardan: Söz və ifadə azadlığı, səviyyəli təhsil (xüsusi olaraq qızlar üçün və ümumiyyətlə qadınların hüquqlarının qorunması), daha geniş kütlə üçün gəlişmiş səhiyyə. • Azərbaycan və ABŞ arasında strateji əməkdaşlıq sahələri də aşağıdakılardır: bir neçə sahədə geniş islahatlar (o cümlədən İnsan Haqları), Dağlıq Qarabağ problemin tez və sülh yolu ilə həll olunması və Azərbaycanın neft sektoru ilə təhlükəsiz və hər iki tərəf üçün əlverişli əməkdaşlıq. |
Populyar mühazirələr
Facebook-da fəaliyyət |