Azadlıq niyə lazımdır?Oktyabrın 4-ü Azad Fikir Universiteti özünün 2011-2012 mövsümünə başladı. Üçüncü mövsümdə layihəmizin ilk qonağı AFU-nun ən tanınmış spikerlərindən biri, hüquqşünas, Respublikaçı Alternativ Hərəkatının həmsədri Erkin Qədirli idi. Spiker “Azadlıq niyə lazımdır?” mövzusunda mühazirə oxudu. • İnsanların hər şeyi bilməsi mümkün deyil. Bizim bilmədiklərimiz bildiklərimizdən daha çoxdur. Əgər kiminsə hər şeyi bilməsi mümkün olardısa mövzu bağlanardı. Söhbətlər bitərdi, müzakirə olmazdı və azadlığa ehtiyac qalmazdı. • Əgər azadlığınızı müzakirəyə çıxardırsınızsa ən azı müzakirə zamanı azadlığınızdan imtima etmiş olursunuz. • Hər bir sahədə azadlıq təməl şərtdir. Sağçı üçün azadlıq şərtdir, solçu üçün şərait. Solçu o şəraiti yaratmağa çalışır, sağçı isə o şərti inkişaf etdirmək istəyir. Mühazirənin podkastı:
Bu mühazirə haqqında fikirləriniz bizə çox maraqlıdır və AFU mühazirələrinin keyfiyyətinin artırılmasına yardım olacaq. SORĞUDA İŞTİRAK ETMƏK ÜÇÜN BURA DAXİL OLUN Erkin Qədirlinin AFU-da oxuduğu digər mühazirələri dinləmək üçün aşağıdakı linklərə klik edin: |
Populyar mühazirələr
Facebook-da fəaliyyət |