Avropaya inteqrasiya problemləriNoyabrın 5-də Azad Fikir Universitetinin qonağı tanınmış politiloq Leyla Əliyeva idi. O, Azərbaycanın Avropaya inteqrasiya problemləri barədə mühazirə oxudu. Leyla Əliyeva mühazirəsinə Avropaya inteqrasiya konsepsiyasının özü ilə başladı və tələbələrlə bu konsepsiyanın müxtəlif dairələrdə necə başa düşülməsi problemi ətrafında söhbət açdı. Müxtəlif stereotipləri və mübahisəli məqamlara aydınlıq gətirən mühazirə Azərbaycanın Avropaya inteqrasiyası qarşısında duran problemlər, əngəllər və çətinliklərə geniş surətdə toxundu. Niyə Azərbaycan Avropaya inteqrasiya etməlidir? Avropaya inteqrasiya bizə nə gətirəcək? Azərbaycan nə zaman və necə Avropaya inteqrasiya edə bilər? Avropa bizim inteqrasiyamızı istəyirmi? Leyla Əliyeva öz mühazirəsində bu və digər oxşar suallara cavab tapmaqda tələbələrə yardımçı olmağa çalışdı. Mühazirə zamanı digər mühim bir məsələ də ortaya çıxdı - Azərbaycanın qarşısında Avropaya inteqrasiyaya alternativlər varmı? Tələbələr bu alternativləri gözdən keçirərək onları məntiq tərəzisində avrointeqrasiya ilə müqayisə etdilər. Sonda Leyla Əliyeva Azərbaycan Xalq Cümhuriyyəti haqqında bu yaxınlarda nəşr etdiyi kitabının imzalı nüsxələrini tələbələrə payladı. |
Populyar mühazirələr
Facebook-da fəaliyyət |