Dekabrın ilk günü Azad Fikir Universitetinin qonağı tanınmış siyasi təhlilçi Rasim Musabəyov idi. O, tələbələrə Ermənistan və Türkiyə münasibətlərindəki son yeniliklər və Dağlıq Qarabağ münaqişəsinə onların təsiri barədə söhbət açdı.
Noyabrın 5-də Azad Fikir Universitetinin qonağı tanınmış politiloq Leyla Əliyeva idi. O, Azərbaycanın Avropaya inteqrasiya problemləri barədə mühazirə oxudu.
Oktyabrın 22-də siyasi təhlilçi və məşhur blogger İlqar Məmmədov Azad Fikir Universitetinin (AFU) tələbələri qarşısında NATO və Azərbaycan münasibətləri haqqında çıxış etdi.